Çəpkən
Çəpkən – yalançı qolları olan üst qadın geyiminin bir növü. Çəpkəni tirmədən, məxmərdən və müxtəlif ipək parçalardan tikirdilər. Aşağı Qarabağda sadə çəpkəndən biçiminə görə fərqlənən pullu çəpkən geniş yayılmışdı. O, qısa, budlara qədər, qolsuz idi və çar sikkələri ilə bəzədilirdi. Qadınlar paltarın üstündən döşlük taxırdılar, onu naxışla, ya da sərmə (xırda içiboş gümüş borucuqları) ilə bəzəyirdilər.
0 Rəy