Allahverdi Əli oğlu Allahverdiyev (2001-2020)
Allahverdi Əli oğlu Allahverdiyev 2001-ci il iyulun 9-da Bakının Xəzər rayonunda şuşalı ailəsində anadan olub. 2007-2008-ci illərdə 238 nömrəli orta məktəbdə təhsil alıb. 2019-cu ildə hərbi xidmətə çağırılıb. Vətən müharibəsində baş atıcı kimi iştirak edib. Düşmənin üzərinə ilk atılanlardan olub. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə vuruşub. Sentyabrın 27-dən 28-nə keçən gecə Talış-Suqovuşan istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Allahverdi Allahverdiyev ölümündən sonra “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
0 Rəy