Pərviz Şakir oğlu Məmmədov (2001-2020)

Pərviz Şakir oğlu Məmmədov 2001-ci il martın 25-də Bərdə rayonunda şuşalı ailəsində anadan olub. 2007-ci ildə Laçın rayon İ.Şahverdiyev adına Ağanus kənd tam orta məktəbində birinci sinfə daxil olub. Daha sonra təhsilini Bərdədə yerləşən Şuşa şəhər 18 nömrəli tam orta məktəbində davam etdirib, 2018-ci ildə orta məktəbi başa vurub. Uşaq yaşlarından idmanın kikboksinq növünə böyük maraq göstərmiş, dəfələrlə müxtəlif yarışların qalibi olmuşdur. 2019-cu ilin aprelin 2-də hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qatılıb. Füzulinin Qaraxanbəyli, Əbdürrəhmanlı kəndləri uğrunda gedən şiddətli döyüşlərdə fəal iştirak edib. Sentyabrın 29-da yaralanmış komandirinə kömək etmək istəyərkən Füzuli – Cəbrayıl istiqamətində “Nüzgar postu”nda qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Pərviz Şakir oğlu Məmmədov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin