Mişustin Ermənistana GEDİR

Rusiyanın Baş naziri Mixail Mişustin avqustun 24-25-də Ermənistana səfər edəcək.

 

Bu barədə Rusiya Nazirlər Kabineti məlumat yayıb.

 

O, Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.

 

“Görüş zamanı hökumət başçıları Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində orta və uzunmüddətli perspektivdə inteqrasiya proseslərinin inkişafı məsələlərini müzakirə etməyi planlaşdırırlar", - açıqlamada deyilir.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin