Ermənistan və Çin arasında memorandum imzalandı

Ermənistan və Çin elm sahəsində əməkdaşlığı dərinləşdirir.

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, İrəvanda Ermənistan Milli Elmlər Akademiyası və Çin Elmlər Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Memoranduma əsasən, Ermənistan və Çin Elmlər Akademiyaları birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tədqiqatçıların mübadiləsi, elmi görüşlərdə iştirak və birgə konfrans və seminarların keçirilməsi, informasiya və elmi nəşrlərin mübadiləsi yolu ilə əməkdaşlığı inkişaf etdirəcəklər.

 

Memorandumu Ermənistan Milli Elmlər Akademiyasının prezidenti Aşot Saqyan və Çin Elmlər Akademiyasının vitse-prezidenti Çjan Yapinq imzalayıb.

 

Saqyan qeyd edib ki, Ermənistan və Çinin elmi müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var: “Maraqlarımıza fizika, riyaziyyat, kimya və humanitar elmlər daxildir".

 

"Çin digər ölkələrlə, xüsusən də Ermənistanla əməkdaşlığa böyük əhəmiyyət verir, biz bu memorandumun imzalanmasına önəm veririk”, - Saqyanın çinli həmkarı deyib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin