Ermənistan ABŞ-la HƏRƏKƏTƏ KEÇİR - Rusiya isə...

Bu gündən etibarən Ermənistan-ABŞ birgə hərbi təlimləri başlayır.

Musavat.com erməni mediasına istinadən bildirir ki, 11-20 sentyabr tarixlərində keçiriləcək təlimlər Ermənistanda “Zar” sülhməramlı qüvvələrinin təlim mərkəzində və Müdafiə Nazirliyinin təlim mərkəzində baş tutacaq.

Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq məqsədilə keçirildiyi iddia olunan “Qartal tərəfdaşı-2023” adlı birgə erməni-amerikan hərbi təlimlərinə sülhməramlı tapşırıqları yerinə yetirərkən münaqişə tərəfləri arasında münasibətlərin sabitləşdirilməsi üzrə əməliyyatlar daxildir. Bildirilir ki, təlimlərin məqsədi “sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsi, komandanlıq-nəzarət və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsinin aparılması, NATO Əməliyyat İmkanı Konsepsiyası çərçivəsində qiymətləndirmə, Ermənistan silahlı qüvvələrinin bölmələrinin əməliyyatlara hazırlığının artırılmasıdır”.

Erməni mediası xatırladıb ki, rəsmi Moskva Amerika tərəfi ilə Ermənistanda keçirilən hərbi təlimlərə mənfi reaksiya verib və son bir həftə ərzində bir neçə dəfə “narahatlıq” ifadə edib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin