Gözlənilməz son: Ermənistan gecikdi, Rusiya Ukraynaya göndərdi

Bir ildən artıqdır dövlət rəsmiləri deyirlər ki, Rusiya Ermənistandan silah tədarükü üçün pul alıb, amma lazımi silah-sursatı verməyib.

Bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazır.

“İrəvan və Moskvadakı etibarlı mənbələrimiz bildirirlər ki, Ermənistan Müdafiə Nazirliyi ilə Rusiyanın “Smerç” tipli raketlər istehsal edən NPO “Splav” zavodu arasında müqavilə imzalanıb. Bundan sonra müəssisə Ermənistan Müdafiə Nazirliyinə malların çatdırılmağa hazır olduğunu bildirir. Amma Ermənistan Müdafiə Nazirliyi bundan sonra - 1-3 il ərzində malları gətirə bilmir. “Splav” zavodu malları götürməsi üçün Müdafiə Nazirliyinə üç dəfə müraciət edib ki, tez malların arxasınca gəlsinlər, çünki o ölçüdə avadanlıqlar anbarda uzun müddət qala bilməz”, - məlumatda deyilir.

“Joqovurd” vurğulayır ki, bu müraciətlərdən sonra Ermənistan Müdafiə Nazirliyi malların daşınmasını təşkil etmir: “Sonra Rusiya-Ukrayna müharibəsi başlayır və Rusiya həmin raketlərdən istifadə edir”.

Nəşr Rusiyanın 44 günlük müharibədən sonra Ermənistana iri həcmdə silah-sursat təklif etdiyini də yazır:

“2020-ci il müharibəsindən sonra Rusiya Ermənistana 20 illik kreditlə 1 milyard və 400 milyon ABŞ dolları dəyərində silah-sursat təklif edib. 400 milyon dollarlıq alış-veriş təsdiqlənib, müqavilələr imzalanmağa hazır olub. Eyni zamanda, 1 milyard dollarlıq alış-verişlə bağlı da hökumətlər və maliyyə nazirlikləri arasında anlaşma əldə olunub. Ancaq birdən Ermənistan bu müqavilələrdən imtina edir. Əvəzində Hindistandakı özəl şirkətlərlə müqavilələr bağlayır, bir anda 500 milyon dolları ABŞ-a köçürür və hələ də həmin malların 5 faizini ala bilməyib.

Məlumata görə, mallar 3 dəfə baha alınıb”. /teleqraf.com/

Rəylər

Aşağıdakı məlumatları qeyd edin