Ermənistan parlamentində Roma Statutu müzakirəsi - Ratifikasiya olacaq?

Ermənistan parlamenti Roma Statutunun ratifikasiyası məsələsinin müzakirəsinə başlayıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, beynəlxalq hüquq məsələləri üzrə nümayəndə Yeqişe Kirakosyan çıxış edib.

 

Kirakosyan ratifikasiyanın Azərbaycanla bağlı olduğunu söyləyib. O deyib ki, bir neçə il əvvəl proses dondurulsa da, bu məsələ yenidən aktuallaşıb. “Hayastan” və “Mənim şərəfim var” müxalifət fraksiyaları Ermənistan Milli Assambleyasında BCM-nin Roma Statutunun ratifikasiyası ilə bağlı müzakirələri boykot ediblər.

 

Bundan əvvəl “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan məsələnin parlament müzakirələrinin gündəliyinə salınmasını Ermənistan Konstitusiyasına zidd adlandırıb.

 

Qeyd edək ki, BCM Rusiya prezidenti Vladimir Putin haqqında həbs qərarı çıxarıb və sənədi ratifikasiya edən tərəflər üçün qərarın icrası məcburi hal alır.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin