Leyen Paşinyanla danışdı - Komissar Ermənistana səfər edəcək

Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen arasında telefon danışığı olub.

Bu barədə Leyen X-də məlumat verib.

Avrokomissiyanın rəhbəri bildirib ki, Aİ Ermənistanı Qarabağdan gələnlərə yardım göstərməkdə dəstəkləyir.

 

"Biz Mülki Müdafiə Mexanizmini işə saldıq və humanitar yardım üçün 5.2 milyon avro səfərbər etdik. Aİ-nin humanitar yardım və böhranların idarə edilməsi üzrə komissarı Janez Lenarkic gələcək ehtiyacları qiymətləndirmək üçün cümə günü yola düşəcək", - o qeyd edib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin