Paşinyanın partiyadaşı İrəvan meri seçildi

Ermənistanın hakim partiyasının nümayəndəsi Tiqran Avinyan İrəvanın yeni meri seçilib.

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, o, Ağsaqqallar Şurası (Bələdiyyə Məclisi - red.) tərəfindən səsvermə nəticəsində bu posta gəlib.

Ağsaqqallar Şurasının 32 üzvü onun namizədliyinin lehinə, 5-i isə əleyhinə səs verib.

 

Andranik Tevanyanın “Ana Ermənistan” bloku və eks-mer Hayk Marutyanın “Milli Tərəqqi” Partiyası şurasının ilk iclasında iştirak etməyiblər. Məqsəd təkrar seçkilər keçirilməsinə nail olmaq olub. Vardan Qukasyanın “İctimai səs” Partiyası isə müxalifətin addımını mənasız edib. Belə ki, partiya üzvləri Avinyanın əleyhinə səs versələr də, onların iştirakı iclasda yetərsayı təmin edib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin