Koreyalı nazir İrəvanda - Nə işi var?

Cənubi Koreyanın ticarət naziri An Dokqunq Ermənistana səfər edib.

 

Modern.az xəbər verir ki, "Sputnik Armenia" bu barədə məlumat yayıb.

 

O, İrəvanda Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyanla görüşüb. Bildirilib ki, nazirlər ölkələr arasında ikitərəfli əməkdaşlığı müzakirə ediblər.

 

Mədən sənayesi, günəş və bərpa olunan enerji, metallurgiya, sənaye parklarının tikintisi barədə fikir mübadiləsi aparılıb. Cənubi Koreyanın Gümrüdəki “quru liman” layihəsində iştirakı məsələsi də müzakirə gündəliyində olub.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin