Rusiya Ermənistan və Azərbaycan vətəndaşları üçün bu qaydaları SADƏLƏŞDİRDİ

Rusiya hökuməti bir sıra ölkələrin vətəndaşları və şirkətləri üçün bu ölkədə biznes fəaliyyəti qura bilməyin prosedurunu sadələşdirir. Hökumətin siyahısına 25 ölkənin adı salınıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin müavinləri ilə məsləhətləşmələr zamanı bildirib.
 

Mişustin vurğulayıb ki, bu qərar dost ölkələrin vətəndaşları və şirkətlərinin Rusiyada biznes fəaliyyətini asanlaşdıracaq.

"Xarici müəssisələr və sahibkarlar üçün daha rahat şəraitin yaradılması prezidentimizin qarşıya qoyduğu milli məqsədlərin həyata keçirilməsi çərçivəsində hökumətin maliyyə suverenliyinə nail olmaq üçün sistemli səylərinin mühüm tərkib hissəsidir", - Mişustin qeyd edib.

Sözügedən ölkələr siyahısına Azərbaycan, Ermənistan, Əlcəzair, Bəhreyn, Belarus, Braziliya, Misir, Hindistan, İndoneziya, Qazaxıstan, Qətər, Qırğızıstan, Çin, Küveyt, Malayziya, Monqolustan, BƏƏ, Oman, Pakistan, Səudiyyə Ərəbistanı, Tacikistan, Tailand, Türkmənistan, Türkiyə və Özbəkistan daxil edilib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin