Tarixi hadisəyə SAATLAR QALDI - Gecə 01.11-də... - FOTO

Türkiyənin ilk astronavtı Alper Gezeravcının kosmos səyahətinə başlamasına saatlar qalıb. 

Musavat.com xəbər verir ki, yanvarın 17-dən 18-nə keçən gecə yerli vaxtla saat 01.11-də türk astronavt elm missiyası çərçivəsində ilk dəfə kosmosa uçacaq.

Açılış mərasimi İstanbul və Ankaradakı meydanlardan izlənəcək.

Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır və elm adamlarından ibarət bir heyət Türkiyə tarixində ilk insanlı kosmos missiyası üçün Floridada keçiriləcək mərasimində iştirak etmək məqsədilə ABŞ-a gedib. Başda İstanbul və Ankara olmaqla bəzi şəhərlərdə təqdimat mərasimini izləmək üçün hazırlıqlara başlanılıb. Taksim, Kızılay kimi meydanlarda planetariumlar qurulub. Türkiyədə mühüm anların izlənilə biləcəyi digər ünvanlar isə elm mərkəzləri olacaq.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 fevral 2021-ci ildə Milli Kosmos Proqramını açıqlamışdı.

WhatsApp Image 2024-01-16 at 14.41.59.jpeg (33 KB)

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin