Generalın restoranda Qarabağa görə mübahisə zamanı atəş açdığı bəlli oldu...

Xəbər verildiyi kimi, Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryan restoranlarından birində baş verən silahlı insident səbəbindən həbs edilib. Hadisə barədəki məlumatlarda generalın atəş açdığı bildirilsə də, bunun səbəbi açıqlanmamışdı.

Moderator.az xəbər verir ki, “Hraparak” nəşri səhər saatlarında T.Xaçatryanla bağlı olayın təfərrüatlarını açıqlayan material dərc edib.

“Müharibədən sonra bu hakimiyyətin ən sərt tənqidçilərindən biri olan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan “Aramus” restoranında baş verən insident səbəbindən dünən – yanvarın 15-də 2 ay müddətinə həbs edilib. İttiham ciddi olmasa da, “xuliqanlıq” maddəsi ilə nəzərdə tutulub və silahdan istifadə heç bir ciddi nəticə verməsə də, hakimiyyət belə bir fürsəti əldən verməzdi”,- deyə erməni nəşri yazır.

Nəşr etibarlı mənbəsinə istinadla iddia edir ki, hadisədə Tiran Xaçatryandan başqa daha 4 nəfər iştirak edib ki, onlardan biri də Qarabağdakı gorbagor(!) separatçı-terrorçu rejimin keçmiş “prezidenti” Arayik Arutyunyanın qardaşı Armen Arutyunyan olub.

Məlumata görə, qarabağlı ermənilərdən birinə məxsus obyektdə masa arxasında “artsax”ın süqutu müzakirə olunub. Ermənistanın milli qəhrəmanı olan Tiran Xaçatryan da bunda Nikol Paşinyanla bərabər Arayik Arutyunyanı da ittiham edib. Arayikin qardaşı və Qarabağdan olan digər ermənilər Bakı həbsxanasında olan Arutyunyanı müdafiə ediblər və bu, mübahisəni qızışdırıb. Lakin həmin gün iş odlu silaha qədər getməyib.  Bir neçə gündən sonra “qarabağlılar” Tiran Xaçatryanı  haqq-hesabı çürütməyə çağırıblar.  Dörd nəfər birləşərək generala hücum edib və o, özünümüdafiə məqsədilə havaya atəş açıb...

S.Laçın

Rəylər

Aşağıdakı məlumatları qeyd edin