Rusiya bazası Ermənistandan çıxarılır? - Kopırkindən VACİB açıqlama

"Rusiya bazasının Ermənistandan çıxarılmasından söhbət gedə bilməz".

Musavat.com “RenTV”yə istinadən xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin "RİA Novosti"yə müsahibəsində bildirib. 

"Mən Ermənistan tərəfdən verilən rəsmi bəyanatları, xüsusən də bazanın çıxarılması məsələsinin gündəmə gətirilmədiyini nəzərdə tuturam", - deyə o vurğulayıb.

Kopırkin əlavə edib ki, Rusiya tərəfdən də belə siqnallar olmayıb.

Oktyabrda Ermənistanın baş naziri Nikol Paşinyan da bəyan edib ki, İrəvan hazırda Rusiya bazasının çıxarılması məsələsini müzakirə etmir.

Qeyd edək ki, hazırda 102-ci Rusiya hərbi bazası Ermənistanda iki qarnizonla - Gümrü və İrəvanda yerləşir.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin