Lavrov və Fidan Cənubi Qafqazla bağlı RAZILIĞA GƏLDİ

Xəbər verdiyimiz kimi, yanvarın 22-də Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

 

Rusiya Xarici İşlər Nazirliyi görüşün detallarını açıqlayıb.

 

Bildirilir ki, nazirlər ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın cari məsələləri, qarşıdan gələn ikitərəfli təmasların qrafiki müzakirə edilib.

 

Bir sıra beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 

Qəzza, bütövlükdə Yaxın Şərq, eləcə də Cənubi Qafqazdakı vəziyyətlə bağlı qarşılıqlı məqbul həll yollarının tapılması naminə ölkələrin addımlarının əlaqələndirilməsinin zəruriliyi təsdiq edilib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin