Ermənistanın baş naziri Gürcüstana səfər edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfər edəcək və gürcü həmkarı İrakli Qaribaşvili ilə görüşəcək.

Bu barədə hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, baş nazirlərin təkbətək görüşündən sonra Gürcüstan-Ermənistan hökumətlərarası iqtisadi komissiyasının iclası keçiriləcək. Görüşlərin sonunda hökumət başçıları mətbuata birgə bəyanatla çıxış edəcəklər.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin