Ermənilərin Nensi “nənəsi” atəşkəs tələb edənləri FTB-yə “tapşırdı”

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi bəzi fəalların Rusiya ilə əlaqəsi ola biləcəyini iddia edərək, ölkədə İsrail və HƏMAS arasındakı münaqişədə atəşkəs tələb edən etirazçılara qarşı FTB-nin təhqiqat aparmasına çağırıb.

Musavat.com xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində bildirib.

“Onlar üçün atəşkəs çağırışı cənab Putinin mesajıdır... Səhv etməyin, bu onun görmək istədiyi şeylə birbaşa bağlıdır. Ukraynada da belədir. Söhbət Putinin mesajından gedir. Düşünürəm ki, bu etirazçıların bəziləri kortəbii və səmimidir. Bəziləri, məncə, Rusiya ilə bağlıdır”, - Pelosi bildirib.

O, əlavə edib ki, “bəzi” maliyyələşdirmələr Amerika kəşfiyyat orqanları tərəfindən araşdırılmalıdır.

CNN-in məlumatına görə, Pelosi Amerika-İslam Münasibətləri Şurasının rəhbəri Nihad Avad tərəfindən tənqid edilib və o, təşkilatın ABŞ Nümayəndələr Palatasının keçmiş spikerinin bəyanatından “dərin narahat olduğunu” bildirib.

Bir-iki il öncə bütün varlığı ilə ermənilərə qahmar çıxan bu qadın anti-müsəlman baxışlara malikdir və bunu Azərbaycana münasibətdə də büruzə verib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin