Ermənistanda fərari hərbçi hava limanında saxlanıldı

Ermənistanda fərari hərbçi İrəvanın "Zvartnots" hava limanında saxlanılıb. 

 

Modern.az erməni KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı İsrael X. adlı erməni Saratov-İrəvan reysi çatdıqdan sonra kriminal əməliyyatçılar tərəfindən ələ keçib.

 

O, 2018-ci ildə fərarilikdə təqsirləndirilərək Ararat polis idarəsi tərəfindən axtarışa verilib. Erməni həbs edilib. 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin