Simonyanın qardaşı arvadı SAXLANILDI

Ermənistan parlamentinin sədri Alen Simonyanın qardaşı Karlen Simonyanın həyat yoldaşı Ani Gevorkyan saxlanılıb və o, İstintaq Komitəsindədir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, yerli jurnalistlər qadının vəkili Muşeq Aleksanyandan Alen Simonyanın qardaşının həyat yoldaşının işinin hazırda necə getdiyini öyrənməyə çalışıblar

"Hazırda heç nə deyə bilmərəm", - vəkil deyib.

Aleksanyan təsdiqləyib ki, o, Simonyanın həyat yoldaşının maraqlarını təmsil edir. Baş verənlərin asfalt çəkilişi ilə bağlı tenderlə bağlı olub-olmadığını soruşduqda vəkil əmin edib ki, onun bununla heç bir əlaqəsi yoxdur, amma keçmiş iş yeri, proqramlaşdırma şirkəti ilə əlaqəsi var.

Ani Gevorkyan uzun illər məşhur təşkilatlarından birində - "Synergy"də işləyib - proqram meneceri olub. Təxminən il yarım əvvəl “Synergy” Ermənistan İqtisadiyyat Nazirliyinin elan etdiyi tenderlərdən birində iştirak edib. İbtidai istintaq orqanının Ani Gevorqyana qarşı ittihamının əsasını məhz bu tenderlər təşkil edir.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin