Ermənistan Qızıl Xaç Cəmiyyətinin prezidenti seçildi

Anna Yeqiazaryan Ermənistan Qızıl Xaç Cəmiyyətinin prezidenti seçilib.

Modern.az saytı xəbər verir ki, bu barədə Ermənistan Qızıl Xaç Cəmiyyətinin ofisi bildirib.

Səsvermə Ermənistan Qızıl Xaç Cəmiyyəti üzvlərinin 1/3-nin təşəbbüsü ilə çağırılan fövqəladə 28-ci qurultayda baş tutub.
 

Anna Yeqiazaryan 2005-ci ildən Ermənistan Qızıl Xaç Cəmiyyətinin baş katibi/icraçı direktoru vəzifəsini tutub.

Ailəlidir, iki övladı və iki nəvəsi var.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin