Ermənistanda sabiq nazir müavinin əmlakı müsadirə olunur

Ermənistan prokurorluğu nəqliyyat və kommunikasiyalar nazirinin sabiq müavini Hayk Çşmarityanın təxminən 15,8 milyard dram (təxminən 39 milyon dollar) əmlakının müsadirəsini tələb edir.

 

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, prokurorluq 7 daşınmaz əmlakın, 1 nəqliyyat vasitəsinin, 2 şirkətin səhmlərinin müsadirə edilməsi tələbini irəli sürüb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin