Fransanın Ermənistandakı səfirindən ŞOK ETİRAF: İranla...

"Biz təsir dairələri baxımından düşünmürük, hər bir dövlətin öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququ baxımından düşünürük".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi yerli jurnalistlərə müsahibəsində danışıb.

Fransa səfiri Ermənistan məsələsində İranla eyni mövqedə olduqlarını rəsmi şəkildə etiraf edib.

"İranla bir çox məsələlərdə fikir ayrılığımız var, lakin Ermənistanla bağlı həmrəyik. Azərbaycanın narahatlığına gəlincə, onlar əmin ola bilərlər ki, bizim Ermənistana tədarük etdiyimiz silahlar sırf müdafiə xarakteri daşıyır", - deyə fransız diplomat bildirib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin