Paşinyan qalmaqallı naziri işdən ÇIXARIR

Ermənistan baş naziri Nikol Paşinyanın ölkənin iqtisadiyyat naziri Vaan Kerobyanı işdən çıxaracağı gözlənilir.

 

Bununla bağlı "Joğovurd" qəzeti mənbələrinə istinadən yazıb.

 

Bildirilib ki, buna səbəb Kerobyanın skandal yaradan çıxışlarıdır. O, baş naziri bir neçə dəfə pis vəziyyətdə qoyub. Buna görə də yaxın vaxtlarda nazirin istefaya göndəriləcəyi barədə məlumatlar yayılmaqdadır.

 

Məlumata görə, hələlik Kerobyanın yerinə kadr təyinatı ilə bağlı namizədlər nəzərdən keçirilməyib.

 

Bundan əlavə, Vaan Kerobyanın işdən çıxarılmasına dair məlumatları şərh etmədiyi qeyd olunub.(modern.az)

 

 

 

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin