Erməni katalikosluğu onu lənətlədi - 100 ildə ilk dəfə

Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən erməni katalikosluğunda qalmaqal yaşanıb.

 

Modern.az Türkiyə erməni icmasının "Agos" qəzetinə istinadən xəbər verir ki, bu barədə katalikosluq açıqlama yayıb.

 

Məlumata görə, Levon Qaçaqyan adlı erməni kilsə tərəfindən lənətlənmiş şəxs elan edib.

 

"Katalikos II Sahakın sədrliyi və məsləhəti ilə ötən ilin dekabrında keçirilən ruhani məclisin yığıncağında sosial mediada əsassız iddialar səsləndirən Levon Qaçaqyanın əməllərinə son verməsi və tövbə etməsi üçün ona bir həftə müddət verilmişdi. Bundan sonra onun möhləti bir az da uzadıldı. Lakin onun tövbə etmək əvəzinə yolunu tamamilə azdığı təsbit olundu. Buna görə də haqqında verilən qərarla erməni kilsəsi ilə əlaqəsinin kəsildiyi ictimaiyyətin diqqətinə çatdırılır", - açıqlamada deyilir.

 

Kilsənin qərarını şərh edən Qaçaqyan katalikosu intriqalarla kürsüsünü qorumaqda ittiham edib:

 

"Təxminən 150-200 ildir ki, kilsəmiz heç kimi lənətləməmişdi. Amma siz bunu etdiniz. Danışdığım adamlar da deyirlər ki, bu, çox məsuliyyətsiz addımdır. Məni tənqidlərimə görə kilsədən uzaqlaşdırdınız".

 

 

2019-cu ildə keçirilən katalikos seçkilərindən sonra yeni seçilmiş katalikos Sahak Maşalyan və keçmiş katalikosun müşaviri Aram Ateşyanın tərəfdarları arasında qarşıdurma davam edir.

 

Qeyd edək ki, İstanbuldakı erməni katalikosluğu Fateh Mehmet Sultanın 1453-cü ildə İstanbulu fəth etməsindən sonra onun göstərişi ilə yaradılıb və Osmanlıdakı erməni əhalisinin idarə edilməsi funksiyasını yerinə yetirib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin