Hara getsəniz, mütləq türklə qarşılaşacaqsınız - NAZİR

Türkiyənin milli müdafiə naziri Hulusi Akar dünyadakı türk icmalarından danışıb.

 

 "TRT Haber" xəbər verir ki, Akar türklərlə bütün dünyada qarşılaşmağın mümkün olduğunu söyləyib.

 

"Hara gedirsinizsə, gedin, hansı ölkəni ziyarət edirsinizsə, edin, mütləq bir türklə qarşılaşarsınız. Türklərin birləşərək yaratdıqları icmaları və bu icmaların uğurlarını görərsiniz. Bununla bağlı ən önəmli mövzu da həmin icmaların lazımi əlaqələri quraraq Türkiyənin səsini, haqlı olduğumuz tezislərimizi bütün dünyaya çatdırmasıdır", - deyə nazir bildirib.(modern.az)

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin