Rusiyadan Ermənistana qaz nəqli DAYANDIRILDI
Gürcüstan ərazisində aparılan təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb.
Musavat.com xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” QSC məlumat yayıb.
"Martın 18-i saat 09:00-dan 18:00-dək Şimali Qafqaz - Transqafqaz tranzit qaz kəmərinin Gürcüstan ərazisində Qazax-Saquramo hissəsində (DN 1000) qəzalı bərpa işləri aparılacaq, nəticədə Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılacaq", - şirkətin mətbuat xidməti məlumat yayıb.
“Qazprom” Ermənistana yeganə təbii qaz tədarükçüsüdür.
Qaz nəqli şəbəkəsinin operatoru Rusiya konserninin 100% törəmə şirkəti olan “Qazprom Ermənistan” QSC-dir.
0 Rəy