Paşinyan Qazaxıstana gedir

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstanda Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.

 Ermənistan KİV xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti bildirib.

Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti fevralın 2-də Almatıya yola düşəcək.

Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası 2023-cü il fevralın 2-3-də Almatıda keçiriləcək.


Ənənəvi olaraq dar və geniş tərkibdə keçiriləcək Hökumətlərarası Şuranın iclasının gündəliyi ticarət-iqtisadi əməkdaşlıq, texniki tənzimləmə, Aİİ-yə inteqrasiya olunmuş informasiya sistemi və digər aktual məsələlərin geniş spektrini əhatə edir.(modern.az)

Rəylər

Aşağıdakı məlumatları qeyd edin