Ermənistan parlamentində mükafat davası

“Parlamentin spikeri deməyincə mən istefa məktubu yazmayacağam”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının aparat rəhbəri Vahan Naribekyan deyib.

Ermənistan mətbuatının xəbərinə görə, hakim “Vətəndaş sazişi” partiyasının fraksiyasının qapalı iclasında deputatların köməkçiləri Naribekyanın istefasını tələb ediblər və hətta bununla bağlı qərar da qəbul olunub. Deputat köməkçiləri ən çox mükafatlar almadıqlarına görə qəzəbləniblər.

“Mən parlament sədrinə tabe olan adamam, istefa məktubu yazmaq təklifini yalnız o verə bilər. Deputatların köməkçilərinin tələbi ilə bunu edə bilmərəm. Əgər parlamentin spikeri mənimlə işləmək istəməsə, o zaman bu qərarı verəcəm”, – deyə Naribekyan bildirib. O, bəzi deputatların köməkçilərinin mükafat tələb etdiyini təsdiqləyib.

Erməni mediasının xəbərinə görə, söhbət əsasən deputat Ayk Koncoryan və fraksiya katibi Artur Ovannisyanın adamlarından gedir.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin