Ermənistanda müxalifətlə iqtidar razılığa gələ bilmir - Ombudsman yoxdur

Ermənistanın sabiq ombudsman Kristine Qriqoryanın istefasından sonra bu posta təyinat üçün kadr tapılmır.

 

Bu barədə "Joğovurd" qəzeti yazıb.

 

Bildirilib ki, ombudsman təyinatı üçün parlamentin təsdiqi lazımdır, lakin müxalifət və iqtidar deputatları razılığa gələ bilmədiyi üçün məsələ yubanır.

 

Hakim fraksiya iclaslarda bu mövzunu tez-tez müzakirəyə çıxarsa da, hələlik bu vəzifəyə irəli sürmək üçün uyğun reputasiya və peşəkarlığa malik namizəd tapmaqda çətinlik çəkir.

 

Məlumata görə, fraksiyanın qapalı toplantılarında da məsələ gündəmə gətirilir, amma ortaq məxrəcə gəlməyə müvəffəq olmaq qeyri-mümkün hala gəlir.

 

Bununla belə, Ermənistanın sosial təminat və əmək nazirinin müavini Tatevik Stepanyanın ombudsman təyin olunacağı barədə məlumatlar yayılıb.

 

Qeyd edək ki, K.Qriqoryan Ali Məhkəmə Şurası üzvlüyü vəzifəsinə getdiyi üçün yanvarın 23-də ombudsman postundan istefa verib.(modern.az)

Rəylər

Aşağıdakı məlumatları qeyd edin