Türkiyədə dəhşətli zəlzələ

Türkiyənin Kahramanmaraş bölgəsində güclü zəlzələ baş verib.

 7.4 bal gücündə qeydə alınan zəlzələ nəticəsində çoxlu sayda bina dağılıb.

 

Zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb. Zəlzələ Türkiyənin bir neçə vilayətində, o cümlədən İsrail, Suriya, İraq və Livanda da hiss edilib.

 

Şanlıurfa bölgəsində 16 binanın çökdüyü, dağıntılar altında vətəndaşların qaldığı bildirilib. Bu şəhərdə zəlzələ nəticəsində azı 10 nəfərin öldüyü qeyd olunub.

 

Osmaniyə şəhərində isə 34 bina dağılıb, 5 nəfər həlak olub. Axtarış tədbirləri davam edir.

 

Adana valisi 11 mərtəbəli binanın uçması nəticəsində ölən və yaralananların olduğunu açıqlayıb. Çukurovada isə 3 bina tamamilə dağılıb.

 

 

 


 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin