Ermənistandan Rusiyanın TRIPP-ə qoşulmasına SƏRT REAKSİYA

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Rusiyanın TRIPP (“Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”) layihəsinə qoşulması ehtimalına münasibət bildirib.

Musavat.com xəbər verir ki, bu barədə o, Factor TV-yə müsahibəsində bildirib.

Simonyan qeyd edib ki, belə bir iddianı təsdiqləyə bilməz, çünki TRIPP ilk növbədə Ermənistan–ABŞ təşəbbüsüdür.

“Əgər hər hansı marşrutun və ya yolun açılmasından söhbət gedirsə, mənim fikrimcə, bu, ayrıca təşəbbüs kimi rəsmiləşdirilməlidir. TRIPP çərçivəsində isə bu, bir qədər absurddur, çünki mahiyyət etibarilə TRIPP-in işləməməsi üçün hər şeyi etmək anlamına gələr”, – deyə Simonyan vurğulayıb.

Rusiya tərəfinin göstərdiyi marağı şərh edən parlament sədri bunu supergüclərə xas olan normal davranış modeli kimi qiymətləndirib. Onun sözlərinə görə, burada yeni və ya qeyri-adi heç nə yoxdur, çünki bütün dövlətlər ətrafındakı ölkələrdə öz təsirini qorumaqda və genişləndirməkdə maraqlıdır.

Xatırladaq ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan “Tramp marşrutu”nda Rusiya və Türkiyənin mümkün iştirakı ilə bağlı suala cavabında bildirib ki, TRIPP Ermənistan–ABŞ layihəsidir və üçüncü hər hansı tərəfin iştirakı yalnız Ermənistan və ABŞ-ın razılığı ilə mümkündür.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin