Erməni səfir ABŞ-ın Qafqaz üzrə baş müşaviri ilə Laçın dəhlizini müzakirə etdi

Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə baş müşaviri Luis Bono ilə görüşüb.

Bu barədə Ermənistan diplomatik missiyasının rəhbəri özünün tvitter səhifəsində məlumat yayıb.
 

Makunts bildirib ki, amerikalı diplomatla görüşdə Laçın dəhlizindəki vəziyyət müzakirə olunub.
 

"Biz qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunduq. Cənab Bono ilə əməkdaşlığı səbirsizliklə gözləyirik", - səfir qeyd edib.
 

Luis Bono bu vəzifəyə fevralın 2-də təyin edilib. O, ötən ilin sonunda istefaya göndərilən Filip Rikoru əvəzləyib.(modern.az)

Rəylər

Aşağıdakı məlumatları qeyd edin