Anna Akopyan Paşinyandan boşandı

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan onunla ayrıldığını açıqlayıb.

"Sputnik Armenia" xəbər verir ki, Akopyan Nikol Paşinyandan hökumət bağ evlərindən köçdüyünü açıqlayıb.

Onun sözlərinə görə, o, indi kirayə mənzildə yaşayacaq, çünki aldığı əmlak hələ də tikilməkdədir.

Yaşayış xərclərinə gəldikdə isə, onun "hesabında 5 milyon dram qalıb" və o, həmçinin "Mənim Addımım" fondu ilə işini davam etdirmək istəyir.

Lakin Akopyan bu fəaliyyətə görə cinayət məsuliyyətinə cəlb olunma ehtimalını da istisna etməyib.(modern.az)

Rəylər

Aşağıdakı məlumatları qeyd edin