Ermənistan Konstitusiya layihəsini təxirə salır?

Ermənistan yeni Konstitusiya layihəsinin ictimailəşdirilməsini ertələyə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, buna səbəb hökumətin seçki ərəfəsində ehtimal olunan risklərdən yaxa qurtarmaqdır.

"Konstitusiya Məhkəməsində olan məlumatlı şəxslər qurumun seçki prosesinə qədər daxili məlumatları və gizli saxlanılan detalları ictimailəşdirəcəyini inandırıcı hesab etmirlər. Bildirilir ki, burada məsələ yalnız Paşinyanın aşkar şəkildə ifadə etdiyi Müstəqillik Bəyannaməsinin ləğv edilməsi deyil, eyni zamanda, bir çox gözlənilməz hüquqi yeniliklər və qanunvericilik düzəlişləridir", - deyə o bildirilib.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan sənədin iyunun 7-nə kimi tam yekunlaşacağını vurğulamışdı.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin