Ermənistandan Kadırovu qəzəbləndirəcək addım

Çeçenistan əsilli Zelimxan Murtazov, təxminən dörd ay Astana Beynəlxalq Hava Limanı tranzit zonasında qaldıqdan sonra Ermənistana uça bilib.

Musavat.com “Realıy Kavkaz”istinadən xəbər verir ki, onu Çeçenistanda hərbi xidmətdən yayınma ittihamı və ya yenidən cəbhəyə göndərilmə təhlükəsi gözləyirdi.

Picture background

Zelimxanın qardaşının sözlərinə görə, o, Astana-İrəvan birbaşa reysi ilə Qazaxıstanı tərk edə bilib. İrəvana çatdıqdan sonra erməni sərhədçilər tərəfindən saxlanılıb, bir neçə saat dindirilib və bundan sonra ölkəyə buraxılıb.

Bununla yanaşı, o qeyd edib ki, Ermənistana qaçan çeçenlər üçün bu ölkəni tam təhlükəsiz saymır.

Murtazov 2022-ci ilin avqustunda Çeçenistan liderinin atasının adını daşıyan “Axmat” batalyonu ilə üç illik müqavilə imzalayıb. Onun sözlərinə görə, bu addımı çeçen təhlükəsizlik qüvvələrinin təzyiqi ilə atıb – əks halda, kiçik qardaşlarını müharibəyə aparmaqla hədələyiblər. O, bildirib ki, təxminən üç il Zaporejyenin Rusiyanın işğal altındakı ərazisində torpaq işləri ilə məşğul olub və müqaviləsi razılığı olmadan avtomatik uzadılıb.

2025-ci ilin oktyabrında Murtazov məzuniyyətə çıxaraq Qazaxıstan vasitəsilə Türkiyəyə qaçıb. Lakin Türkiyə hakimiyyəti ona ölkəyə giriş icazəsi verməyib və onu yenidən Astanaya deportasiya edib.

Bu hadisə regionda yeni siyasi gərginlik ehtimalını da artırır. Çünki çeçen mənşəli şəxslərin Ermənistanda sığınacaq tapması Ramzan Kadırov tərəfindən narazılıqla qarşılanacaq addım kimi qiymətləndirilir. Rəsmi Ermənistanın bu cür qərarları isə Nikol Paşinyan hökumətinin regiondakı həssas balansı necə idarə edəcəyini yenidən gündəmə gətirir.

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin