Rusiya spikeri Paşinyanı hədələdi: Ölkəsini itirər...

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Avropa Parlamenti və AŞPA-nın Qarabağ məsələsinə cəlb olunmasının əleyhinədir.

 

Bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Onun fikrincə, 10 dəfə düşünmək və bunun Ukrayna, Yuqoslaviya və digər ölkələrin timsalında necə bitəcəyini fikirləşmək lazımdır.

 

Vyaçeslav Volodin ad çəkmədən üstüörtülü şəkildə Ermənistan baş naziri Nikol Paşinyanı hədələyib.

 

"Gəlin ondan çıxış edək ki, Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının liderləri səviyyəsində qəbul edilmiş qərar var. Biz bunu rəhbər tutacağıq və öz tərəfimizdən bu sazişlərin yerinə yetirilməsini təmin etmək üçün hər şeyi edəcəyik. Avropa qurumları istiqamətində bəyanatlar verənlər isə bəlkə də sadəcə ölkəsini itirər", - deyə rusiyalı spiker bildirib.

 

Qeyd edək ki, bir müddət əvvəl Paşinyan Rusiya sülhməramlılarını tənqid edərək öhdəliklərini yerinə yetirə bilməməkdə ittiham etmiş və Moskvanın Qarabağda beynəlxalq sülhməramlı koalisiya formalaşdırmaq üçün BMT Təhlükəsizlik Şurasına müraciət etməli olduğunu demişdi.

 

Həmçinin İrəvanın Azərbaycanla sərhədlərə Aİ mülki müşahidə missiyasını yerləşdirməsi də Kremldə xoş qarşılanmamışdı.(modern.az)

Rəylər

Aşağıdakı məlumatları qeyd edin