Hakimiyyətin qapısından yenə içəri keçdi-duruş gətirə biləcəkmi?

Aşağı-yuxarı 700 min civarında seçici səsi alan Paşinyanın personası ilə bağlı xüsusi illüziyalara qapılmağa isə ehtiyac yoxdur- unutmayaq ki, o, 44 günlük müharibədə Gəncənin vurulmasına əmr vermiş ermənidir...


Gözlənildiyi kimi oldu. Bu səhərə olan məlumatda bildirilirdi ki, Ermənistan Mərkəzi Seçki Komissiyası 2005 seçki məntəqəsindən 1878-də səsvermənin nəticələrini hesablayıb. MSK-nın məlumatına görə, əsas rəqib siyasi qüvvələr aşağıdakı səsləri alıblar:

Vətəndaş Müqaviləsi Partiyası – 50,25% (61 mandat);
Güclü Ermənistan Bloku – 23,31% (28 mandat);
Ermənistan Bloku – 9,78% (11 mandat);
Çiçəklənən Ermənistan Partiyası – 4,02% (5 mandat).
Qalan partiyalar hələ 4% həddini keçə bilməyiblər.

Парламент Армении принял законопроект о начале процесса вступления в ЕС

Rəsmi bilgiyə görə, seçkilərdə ümumilikdə 1.224.957 nəfər səs verib. Fövqəladə nəsə baş verməsə, bu mənzərə böyük ehtimalla Nikol Paşinyana təkbaşına hökumət qura biləcəyini göstərir. Bəllidir ki, hökumət “sabit parlament çoxluğu” prinsipi əsasında formalaşır. Amma bu bir az qəliz mexanizmdir. Məsələn, əgər bir partiya yerlərin 50,7%-ni alırsa, Mərkəzi Seçki Komissiyası onların təmsilçiliyini 52%-ə çatdırmaq üçün əlavə mandatlar paylayır və bu da ona müstəqil şəkildə hökumət qurmağa imkan verir. Səsləri hesablanan seçki məntəqələrdə müxalifətin səsləri “Paşinyanın faizlərini yesə”, məsələn Vətəndaş Müqaviləsi Partiyasının səsləri 47%-dək azalsa, o halda koalision hökumət yaradılmalıdır. Qanun siyasi qüvvələrə razılığa gəlmək üçün müəyyən müddət verir. Bu alınmasa, seçkilərin ikinci turu başlayır. Birinci turda ən çox səs toplayan iki siyasi qüvvə ikinci turda iştirak edir. Səsvermə birinci turdan sonrakı 35-ci gündə keçirilir. Qalib parlamentdəki yerlərin 52%-ni təmin etmək və sabit çoxluq yaratmaq üçün lazım olan əlavə mandatları alır.
Paşinyanın partiyası 5 il əvvəlki seçkilərdə o vaxtkı mürəkkəb vəziyyətə baxmayaraq, səslərin 54%-ni qazanmışdı. Köçəryanın “Ermənistan” alyansı parlamentdə 29 yer, “Mənim Şərəfim Var” alyansı isə 7 yer qazanmışdı.
Paşinyanın baş nazir olduğu səkkiz il ərzində Ermənistan Qarabağ müharibəsində məğlub oldu və ciddi qarışıqlıqlara məruz qaldı, lakin hökumətin tənqidçiləri cəmiyyətə layiqli alternativ təklif edə bilmədilər. Bu seçkilərin nəticələri də bu gerçəyi təsdiq etdi.
İndi seçkini qazansa da, Paşinyana parlamentdə daha güclü müxalifət yarandığını demək olar. Bu da gözlənilməz deyil. Rusiyanın dəstəklədiyi qüvvələrin triumf edəcəyi zatən az ehtimal olunurdu, ona görə prinsipcə, müxalifət bu vəziyyətdən çox da narazı olmamadır.
Seçkilərin ilkin nətricələrindən belə görünür ki, Ermənistanda bundan sonra Samvel Karapetyanın adını daha tez-tez eşitməyə öyrənməlidirlər. Paşinyan onu Kreml və Rusiya kəşfiyyat xidmətləri ilə əlaqədə olmaqda ittiham edir (Karapetyan bunu inkar edir) və uzun müddət Kaluqada yaşayıb işlədiyi üçün onu “Kaluqa oliqarxı” adlandırır. Həbs olunmazdan əvvəl Karapetyan açıq şəkildə Ermənistan siyasətində iştirak etməsə də, onun ətrafında təşkilatlanan blok 28 mandat qazanaraq “ana müxalifət” statusuna yüksəldi. O, seçkilərdə birbaş iştirak edə bilmədi- çünki Ermənistan vətəndaşlığından əlavə, Rusiya və Kipr vətəndaşlığına da malikdir. Karapetyan seçkidən bir gün əvvəl deyib ki, istənilən halda Ermənistanda qalacaq və burada mübarizəni davam etdirəcək.
Böyük ehtimalla müxalifət Paşinyanın seçkidəki üstünlük faizini qaralamaq üçün 5 il əvvəl olduğu kimi hərəkətə keçəcək, aksiyalarda hakimiyyətin legitimliyinə şübhə altına almağa çalışacaq. Paşinyanın nəticələrin cəmi 5 faizi bəlli olanda özünü qalib etməsi bir az hakimiyyət görməmişliyi təsiri bağışladı, indi müxalifət də bunu “hakimiyyətin uzurpasiyası” kimi təqdim etməyə çalışır. İstisna deyil ki, Paşinyan hakimiyyət seçkilərdə administrativ resurslarından öz xeyrinə istifadə edib. Seçki ərəfəsi və seçki günü həbsləri müxalifət çox qabardırlar və bunun son nəticələrə təsirindən danışırlar. Ötən seçkilərdə də müxalifət saxtakarlıq olduğunu iddia etdi, ATƏT isə seçkilərə əndrəbadi “qızışdırıcı ritorika ilə pozulmuş, lakin ümumilikdə müsbət” qiymətləndirdi. ATƏT bu dəfə 30-dan çox ölkədən 100-dək müşahidəçi göndərib. Beynəlxalq missiya ilkin hesabatı bu gün İrəvanda keçiriləcək birgə mətbuat konfransında təqdim edəcək, hər halda seçkilərə müsbət rəy veriləcəyi şübhə doğurmur.

 

Bundan sonra nə olacaq? Paşinyan çox güman ki, son bir neçə ildəki kursunu davam etdirəcək- Rusiyadan ehtiyatla uzaqlaşmaq, Qərblə əməkdaşlığı dərinləşdirmək istəyəcək. Səsvermədən sonra Paşinyan özü xarici siyasətdə “balanslı kurs” saxlamaq niyyətini bəyan etdi ki, bu da Kremllə əlaqələri kəsmək istəmədiyini göstərir. Lakin Paşinyan üçün yeni dövr asan olmayacaq.
Ermənistanda aşağı-yuxarı 700 min civarında seçici səsi alan Paşinyanın hakimiyyətdə qalması Azərbaycanın maraqlarına uyğundur. Onun personası ilə bağlı xüsusi illüziyalara qapılmağa isə ehtiyac yoxdur. Unutmayaq ki, Paşinyan 44 günlük müharibədə Gəncənin vurulmasına əmr vermiş ermənidir...(musavat.com)

Nazim SABİROĞLU,

Rəylər

Aşağıdakı məlumatları qeyd edin