Ermənistanda şok əməliyyat: Saqatelyanın evində axtarış aparılır
Ermənistanda hüquq-mühafizə orqanlarının Daşnaksütyun Partiyasının tanınmış simalarından biri olan İşxan Saqatelyanın evində axtarış keçirdiyi bildirilir.
Musavat.com xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı Geqam Manukyan məlumat verib.
Deputatın sözlərinə görə, nə ona, nə də vəkil Sergey Arutyunyana evə daxil olmağa icazə verilir.
Hüquq-mühafizə orqanlarının hansı səbəbdən əməliyyat keçirdiyi isə hələlik açıqlanmayıb.
Qeyd edək ki, İşxan Saqatelyan Ermənistan Daşnaksütyun Partiyasının Ali Orqanının nümayəndəsidir və sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” fraksiyasının deputatıdır.
0 Rəy