Moskva İrəvandan KTMT ilə bağlı rəsmi qərar gözləyir

Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində gələcək iştirakına dair rəsmi qərarını gözləyir.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın təşkilat yanında daimi nümayəndəsi Viktor Vasilyev bildirib.

Onun sözlərinə görə, İrəvan təşkilatla əməkdaşlığının gələcək formatını müəyyənləşdirməli və bu barədə tərəfdaşlarını məlumatlandırmalıdır.

 Vasilyev Ermənistanın qarşısında iki seçim olduğunu vurğulayıb:

“Onlar təşkilatda qalırlar, yoxsa başqa ssenariyə üstünlük verirlər – bu barədə bizə rəsmi məlumat verməlidirlər”, - deyə rusiyalı diplomat bildirib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin