Qara gün dostluğunu heç vaxt unutmayacağıq - Ərdoğan

Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaralanmış 81 mindən çox insanın xeyli hissəsi xəstəxanalardan buraxılıb. Xilasedicilərin dağıntılar altından sağ çıxardığı insanların sayı 8 min nəfəri ötüb.

 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən sammitə göndərdiyi videomüraciətində bildirib.

 

Türkiyə Prezidenti qeyd edib ki, 13,5 milyon əhalinin yaşadığı 10 vilayətdə 500 kilometrlik ərazini əhatə edən iki zəlzələ çox böyük dağıntılara səbəb olub. Onun sözlərinə görə, elm adamları zəlzələ nəticəsində meydana çıxan enerjinin 500 atom bombası gücündə olduğunu bildiriblər.

 

Zəlzələ fəlakətinin yaralarını əl-ələ verərək ən qısa zamanda sarıyacaqlarını deyən Ərdoğan Türkiyə üçün yardım toplayan, axtarış-xilasetmə işlərinə dəstək verən bütün dost və qardaş ölkələrə bir daha təşəkkür edib.

 

“Qara gün dostluğunu heç vaxt unutmayacağıq. Bu təbii fəlakət beynəlxalq həmrəyliyin nə qədər önəmli olduğunu bir daha göstərir”, - Türkiyə lideri vurğulayıb.(modern.az)

Rəylər

Aşağıdakı məlumatları qeyd edin