Pezeşkian Paşinyana da kitab verdi - Trampın “köməyi”
İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın İran İslam Respublikasına hücumlarının nəticələrindən bəhs edən kitabı Ermənistanın Baş naziri Nikol Paşinyana təqdim edib.
Modern.az xəbər verir ki, kitabın təqdimatı iki ölkə liderinin Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirdiyi görüşdən sonra baş tutub.
Pezeşkian Paşinyana bildirib ki, kitabda ABŞ Prezidenti Donald Trampın İran xalqına vəd etdiyi “kömək”dən bəhs olunur. Nəşrdə İrana hücumların nəticələri, o cümlədən ölənlər və dağıntılar barədə məlumatlar yer alıb.
İran Prezidenti həmin kitabın nüsxələrini digər ölkə liderlərinə, o cümlədən İsveçrə prezidentinə də təqdim edib.
0 Rəy