Ermənistan Müdafiə Nazirliyinin binasında 20 nəfər saxlanıldı

Ermənistanda Müdafiə Nazirliyinin köhnə binası qarşısında 20-yə yaxın şəxs saxlanılıb.

 

"Sputnik Armenia" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin İctimai Asayişin Təmin Olunması Baş İdarəsinin rəis müavini Gevorq Azizyan jurnalistlərə bildirib.

 

Onların hamısının polisin qanuni tələblərinə tabe olmamaq ittihamı ilə tutulduğu qeyd olunub. Saxlanılan şəxslər binadan çıxarılıblar.

 

DİN rəsmisi deyib ki, sakinlərə binada olmalarının qanunsuzluğu ilə bağlı dəfələrlə xəbərdarlıq edilib.

 

"Yanvarın 31-də isə onlara fevralın 12-nə kimi çıxıb getmək üçün vaxt verilib. Polis qanuni və hökumətin qərarı əsasında fəaliyyət göstərir", - deyə o bildirib.(modern.az)

 

 

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin