Paşinyana sui-qəsddə günahlandırılan komandir azad edildi
Ermənistanın məşhur hərbi komandiri həbsdən azad edildi
Keçmiş “Sisakan” könüllü dəstəsinin komandiri, “Aşot Yerkat” ləqəbi ilə tanınan Aşot Minasyan Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-nə onun vəkili Miqran Poqosyan bildirib.
Məhkəmə Minasyanın şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, iyulun 30-da məhkəmə Birinci Qarabağ müharibəsi illərində “Sisakan” könüllü dəstəsinin komandiri olmuş Aşot Minasyanın şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə vəsatəti rədd etmişdi.
Aşot Minasyan 2020-ci il noyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyanın öldürülməsinə hazırlıqla bağlı açılmış cinayət işi çərçivəsində saxlanılmışdı.
İstintaq həmin vaxt onun üzərindən külli miqdarda silah və sursat aşkar edildiyini açıqlamışdı. Həmçinin Minasyanın, ehtimal ki, sui-qəsdin hazırlanması ilə bağlı detalları müzakirə etdiyi telefon danışıqlarının səs yazıları yayımlanmışdı.
Onunla birlikdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan, Respublikaçılar Partiyasının keçmiş deputatı Vaqram Baqdasaryan və “Daşnaksütyun” partiyasının üzvü Aşot Avakyan da saxlanılmışdı. Lakin qısa müddət sonra onların hamısı barələrində ittihamları təsdiqləyən faktlar olmadığı üçün azad edilmişdi.
2025-ci ildə isə müharibə iştirakçısı Aşot Minasyan yenidən həbs olunub. Həmin ilin oktyabrında o, odlu silah, sursat, partlayıcı maddə və partlayıcı qurğuları qanunsuz əldə etmək, daşımaq və saxlamaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.
0 Rəy