Trampın ermənilərlə gizli sövdələşməsi - İrəvana elçi göndərib

Ağ Evin iki əsas məqsədi var

Ağ Evin Din İşləri İdarəsinin baş məsləhətçisi Paula Uayt-Keyn ikinci ibadət səhər yeməyi üçün Ermənistana gedib. Paula Uayt-Keyn Eçmiədzinin Ana Taxtında keçirilən liturgiyada iştirak etdikdən sonra bütün ermənilərin katolikosu II Qaregin tərəfindən qəbul edilib.

Katolikos xanım Uayt-Keyn tərəfindən Prezident Donald Trampla ABŞ-dəki erməni dini liderlər arasında görüşün təşkilində göstərdiyi səylərə görə təşəkkür edib.  Məlumatda bildirilir ki, tərəflər dünyada sülhün və xalqlar üçün parlaq gələcəyin bərqərar olması naminə dini liderlərin birgə səylərinin vacibliyindən danışıblar.

Yada salaq ki, sentyabr ayının 17-də Prezident Donald Tramp ABŞ-dəki erməni dini liderləri Ağ Evdə qəbul edib. Görüşdə Ermənistan Apostol Kilsəsinin müxtəlif yeparxiyalarının rəhbərləri, Ermənistan Katolik və Erməni Yevangelist kilsələrinin nümayəndələri, eləcə də Ermənistanın ABŞ-dəki səfiri iştirak etmişdi.

Demokratlar Partiyasından, o cümlədən sələfi Co Bayden administrasiyasından   fərqli olaraq, erməni diasporu və lobbisi ilə əməkdaşlığa maraq göstərməyən Donald Trampın son zamanlar mövqeyind dəyişiklik diqqəti cəlb edir. Aprelin 24-də qondarma soyqırımı günü erməniləri yada salmayan Prezident  Trampın Qriqoryan kilsəsinə marağının artması, keşişlərlə və katolikosla yüksək səviyyədə görüşlərin keçirilməsi suallar doğurur.

Cebheinfo.az yazır ki, çox güman ki, başlıca səbəb ABŞ-də noyabrın 3-də Konqresə keçiriləcək aralıq seçkilərlə bağlıdır. Qarşıdan gələn seçkilərdə Respublikaçıların qələbə şansı aşağı olduğundan görünür, siyasi texnoloqlar Trampa erməni diasporu ilə əməkdaşlığı artırmağı məsləhət görüb. Xatırladaq ki, bu birinci hal deyil və 2024-cü ildə ABŞ-də prezident seçkisi zamanı Respublikaçılar Partiyasının namizədi olan Tramp Erməni patriarxı I Arama zəng etmiş, hətta onunla  “xristian məhbuslar” adı altında Azərbaycanda həbsdə olan müharibə cinayətkarlarının azadlığa buraxılması məsələsini müzakirə etmişdi.

Qeyd edilən səbəblərlə yanaşı, ABŞ Prezidentinin son təşəbbüsü Ermənistanda daxili sabitliyin qorunmasında da maraqlı olması ilə də izah edilə bilər. Görünür, Vaşinqton kilsə və hakimiyyət arasında artan qarşıdurmaya Ermənistanda sabitlik üçün təhlükə mənbəyi kimi baxır. Paula Uayt-Keynin Ermənistana səfəri ilə bağlı yayılan xəbərdə Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasındakı qarşıdurmanın bu görüş zamanı müzakirə edilib-edilmədiyinin məlum olmadığı deyilir.

Çox güman ki, həm Nikol Paşinyanla, həm də katolikosla bağlı qapılar arxasında aparılan danışıqlarda bu məsələ müzakirə olunub. ABŞ Nikol Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır. Ona görə də Rusiyaya bağlı revanşist müxalifətin, o cümlədən kilsənin Paşinyanı devirmək cəhdləri ABŞ-ni qane etmir. Yəqin ki, Tramp administrasiyasının bu mövqeyi katolikosa çatdırılıb.

Co Baydendən fərqli olaraq Donald Trampın ermənilərlə o qədər də yaxın münasibətlərə meylli olmayan siyasətçi kimi tanındığı məlumdur. Lakin son zamanlar Tramp admnistrasiyasının Ermənistana xüsusi diqqət ayırdığı müşahidə olunur. ABŞ Prezidentinin son təşəbbüsü Ermənistanda daxili sabitliyin qorunmasında da maraqlı olması ilə də izah edilə bilərmi? Sanki Kilsə ilə Paşinyanı barışdırmaq istəyirlər? Eyni zamanda ermənilərlə əlaqələrə cəhd Trampın seçkilərə hazırlığının tərkib hissəsidirmi? Bundan başqa TRİPP layihəsinin də burada təsiri varm?

 

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Donald Tramp administrasiyasınin erməni din xadimləri və ümumiyyətlə ermənilərlə əlaqələr qurmaqda iki əsas məqsədi var: “Birinci məqsəd erməni kilsəsi ilə təmaslar saxlamaqla ABŞ-dəki erməniləri noyabrda Konqresə ara seçkilərdə respublikaçı namizədlərə təşviq etməkdir. Administrasiyanın ikinci məqsədi dialoq vasitəsilə erməni kilsəsini ələ almaqdır. Məsələ burasındadır ki, erməni kilsəsi baş nazir Nikol Paşinyanla mübarizə aparır. Ermənistandakı radikal müxalifətin cəmiyyətdə kifayət qədər dəstəyi yoxdur, ancaq eyni sözləri kilsə haqqında söyləmək olmur. Kilsə Paşinyana problemlər yarada bilər. Bu isə ABŞ-ın maraqlarına ziddir. Ona görə də Tramp administrasiyası erməni kilsəsi ilə dialoq qurmaqla onu həm Rusiyanın təsirindən uzaqlaşdırmaq, həm də Nikol Paşinyan əleyhinə fəaliyyətdən çəkindirmək istəyir. Bunun alınması üçün Vaşinqton Paşinyandan da kilsəyə doğru addımların atılmasını tələb edə bilər. Ancaq Nikol Paşinyan erməni kilsəsinin başında dayanan şəxsin ünvanına o qədər sərt tənqid söyləyib ki, barışıq çətin görünür. Paşinyanın məqsədi kilsədə özünə tərəfdar qrupu formalaşdırmaqdır. O bu məqsədinə bir qədər yaxınlaşıb, kilsə içərisində ixtilaf var. Belə bir şəraitdə Paşinyanın kilsədəki rəqibləri ilə barışması problematikdir. Paşinyan böyük ehtimalla bu mövqeyini ABŞ rəsmilərinə və diplomatlarına da başa salmağa çalışacaq”.

Politoloq hesab edir ki, Trampın son bir ildən artıq müddətdə Ermənistanla əlaqələri sıxlaşdırmaq xətti götürməsində ötən ilin 8 avqustunda Nikol Paşinyanla imzalanan TRİPP layihəsinin də təsiri şübhəsizdir.

Etibar SEYİDAĞA,

Rəylər

Aşağıdakı məlumatları qeyd edin