İran İrəvanda torpaq sahəsi alır-Ermənistan hökuməti

İran İslam Respublikası İrəvanda torpaq sahəsinin alınmasına icazə verilməsi xahişi ilə Ermənistan hökumətinə müraciət edib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu cümə axşamı Ermənistan Nazirlər Kabinetinin iclasında qəbul edilmiş qərar layihəsi də təsdiqləyir.

Məlumata görə, layihəyə əsaəsn, İran tərəfi Avan inzibati rayonunda İranın Ermənistandakı səfirinin iqamətgahı kimi yaşayış binası almaq niyyətindədir. Ev Ermənistan vətəndaşı Lilit Xaçatryana məxsusdur.

Ermənistanın Torpaq Məcəlləsinə əsasən, xarici dövlətlər və beynəlxalq təşkilatlar Ermənistanda diplomatik və digər nümayəndəlik fəaliyyətini həyata keçirmək məqsədi ilə torpaq sahələrini yalnız bu ölkənin Xarici İşlər Nazirliyinin qərarı ilə ala, yaxud icarəyə verə bilərlər.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin