Toivo Klaar Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə Brüssel razılaşmasının icrasını müzakirə edib

Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

"Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasından bildirilib.

Qeyd olunub ki, tərəflər Ermənistan-Azərbaycan danışıqlarının Brüssel formatı çərçivəsində əldə olunmuş razılaşmaların icrasını müzakirə ediblər.

Xatırladaq ki, T.Klaar Ermənistanda səfərdədir.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin