Paşinyan yenə Almaniyaya gedir

Ermənistanın baş naziri Nikol Paşinyan martın 2-3-də Almaniyaya işgüzar səfər edəcək.

 

"Sputnik Armenia" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Nikol Paşinyan səfər çərçivəsində Almaniya kansleri Olaf Şolts və prezident Frank-Valter Ştaynmayerlə görüşəcək. Həmçinin o, Almaniya Xarici Əlaqələr Şurasına baş çəkəcək. 

 

Məlumata görə, səfərdə Paşinyanı həyat yoldaşı Anna Akopyan da müşayiət edəcək.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin