Ermənistanda “Qazprom” fırıldağının üstü açıldı

Ermənistanda “Qazprom” şirkətinin adı altında maxinasiya həyata keçirənlər peyda olub.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Bildirilib ki, söhbət guya “Qazprom” vasitəsilə qiymətli kağızların satışı və külli miqdarda pul alınmasından gedir. Fırıldaqçılar vətəndaşlara şəxsi məlumatlarını təqdim etməklə “varlanmağı” təklif ediblər.

 

Məlumata görə, rəsmi xəbərdarlıqlara baxmayaraq, insanlar şübhəli şəxslərə etibar etməkdə və şəxsi məlumatları ötürməkdə davam edirlər. O da məlum olub ki, fırıldaqçılar öz taktikalarını dəyişərək etimad qazanmaq üçün ölkənin birinci şəxslərinin – baş nazir, prezident və parlament sədrinin adlarını zəmanətçi kimi çəkirlər.

 

"Vətəndaşlara bu cür təkliflərə inanmaqdan çəkinmək, aşkar şübhəli proqramlara investisiya qoymamaq, maliyyə itkilərinin qarşısını almaq üçün şəxsi və bank hesablarına dair məlumatları təqdim etməmək tövsiyə olunur", - deyə qeyd olunub.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin