Gümrü-İrəvan yolunu bağlayanlar müdafiə nazirinə bir həftə vaxt verdilər

Ötən il müvəqqəti yaşadığı evdə baş verən yanğın zamanı ölən əsgər Palyan Poqosyanın yaxınları Gümrüdən İrəvana gedən yolu kəsiblər.

Musavat.com erməni mediasına istinadən bildirir ki, etirazçılarla danışıqlardan sonra onlar yolu açıblar. Amma bir həftə ərzində Ermənistanın müdafiə naziri ilə görüşməyəcəkləri halda, yeni aksiya keçirəcəklərini elan ediblər.

Əsgərin yaxınları yerli mediaya bildiriblər ki, onun ölümünün araşdırılmasında irəliləyiş görmürlər və ailəyə məlumat verilmir. Ona görə də bu gün yaşadıqları Şirakın Azatan kəndi yaxınlığında magistral yolu bağlayıblar. Polis onları Müdafiə Nazirliyinin rəhbəri ilə görüş təşkil etmək şərti ilə yolu açmağa razı sala bilib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin